Rəsmi Brüssel terrora dəstək oldu ŞOK

Rəsmi Brüssel terrora dəstək oldu ŞOK

Belçika Brüssel şəhərində terror təşkilatı PKK-ya məxsus çadırın qurulmasına izazə verdi. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, PKK-ya məxsus çadır Avropa İttifaqı Şurasına aid binanın arxasında qurulub.

Brüsseldə baş verən terror aktlarından sonra yığışdırılan çadır bu gün yenidən bərpa edilib.

Çadırın qurulması üçün belçikalı səlahiyyətlilərdən icazə alındığı bildirilib.

Çadırın ətrafında terror təşkilatını tanıdan bez parçalarının da olduğu müşahidə edilib.

Hazırda PKK-ya məxsus çadır Belçika polisi tərəfindən mühafizə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə