Sevinc Fətəliyeva: “Azərbaycan qlobal dialoqun reallaşması üçün bütün imkanlar yaradır” AÇIQLAMA
"Geniş coğrafiyanın təmsil olunması, nüfuzlu iştrakçılar, dünyanın müxtəlif ölkələrin siyasi elita nümayəndələrinin bir yerə toplaşması, müzakirə mövzularının aktuallığı nöqteyi-nəzərindən ölkəmizdə keçirilən IV Qlobal Bakı Forumu çox mühüm hadisə oldu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, bu gün dünyada gedən proseslər, bir sıra sahələrdə böhranın dərinləşməsi bütün ölkələrə təsir edir: "Dünyada elə bir ölkə tapmaq olmaz ki, terrorizm, miqrasiya və qaçqınlar, dini və etnik dözümsüzlük, təhlükəsizlik, iqtisadı çətinliklər məsələlərindən uzaq olsun. Bütün bu mövzuların ciddi müzakirə edilməsinə ehtiyac var. "Çoxqütblü dünyanının" reallaşmasının əsasında dialoqun aparılması durur. Azərbaycan bu dialoqun həyata keçirilməsi üçün bütün imkanlar yaradır. Ona görə ki, bütün mövzulara həsas olan Azərbaycan sadaladığımız məsələrin həlli uğrunda uzun illər ərzində tək başına çalışır və müyyən müsbət nəticələr əldə edib. Cənab Prezident öz çıxışında Azərbaycanın multikulturalizm və tolerantlıq nümunəsi olması, terrorizmlə mübarizədə dövlətimizin öz töhfəsini verməsi, torpaqlarımızın işğaldan azad olunmasının vacibliyi, 1 milyon qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin təmin olunmasıyla yanaşı onların hüquqların bərpası uğrunda mübarizə və bu şəraitdə ölkəmizin qısa inkişaf yolu keçməsi barədə ətraflı danışdı".
Millət vəkili Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Forumun son günündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunmasını dünya ictimaiyyətinə çağırış kimi səsləndiyini deyib: "Harda olursa-olsun, münaqişə və ya terror hadisələri başlayan zaman dünya ictimaiyyəti dərhal reaksiya verməli, ona düzgün, obyektiv qiymət verməli və beynəlxaq hüququn aliliyini təmin etməlidir. Yalnız bu halda gələcəkdə belə hadisələrin qarşısını almaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB