ABŞ-ın Nyu York Federal Məhkəməsinin qərarı ilə İran 11 sentyabr hadisələri ilə bağlı zərər çəkənlərə 10,5 milyard dollar təzminat ödəyəcək. SİA-nın İranın rəsmi xəbər agentliyi "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu təzminatdan 2001-ci il 11 sentyabr tarixində baş verən terror aktı nəticəsində həyatını itirən ailələr yararlanacaq.
Federal məhkəmənin hakimi Corc Daniels Tehran rəhbərliyinin 11 sentyabr hadisələri ilə bağlı məsuliyyət daşıdığını hökm verib.
Rəsmi Tehran rəhbərliyi həyatını itirənlərin ailələrinə 7,5 milyard dollar, siğorta şirkətlərinin zərərlərinin qarşılanması üçün isə 3 milyard dollar təzminat ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB