Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulandı. Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirildi. Tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də Finlandiya Respublikasının sabiq Prezidenti xanım Tarya Haloneni də qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edildi. Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulandı. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB