Əli Orucov: “5-6 nəfəri yığıb aksiya keçirmək heç nəyi dəyişmir” AÇIQLAMA

Əli Orucov: “5-6 nəfəri yığıb aksiya keçirmək heç nəyi dəyişmir” AÇIQLAMA

"Ümumiyyətlə müxalifətin inteqrasiyası vacibdir. İlk növbədə onun hazırlığına baxmaq lazımdır". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov müxalifətin birliyinin yaradılması və birgə aksiyaların keçirilməsi təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aksiyaların keçirilməsi üçün cəmiyyətlə işləmək lazımdır: "Qərar verilir, amma 5-6 nəfər partiya üzvü aksiyaya çıxır. Təbii ki, bunun heç bir effekti də olmur. Bu kimi aksiyalar bir növ müxalifətin mövcudluq alətinə çevrilib. Yəni bəzi partiyalar işi-gücü qurtaran kimi aksiya keçirmək təşəbbüsü ilə çıxış edirlər. Bu belə olmur. Aksiyalara o zaman əl atılır ki, kütləvi xarakter daşısın. Eyni zamanda bu aksiyalar müəyyən bir vasitəyə çevrilərək hansısa problemin həllinə yardımçı olur. Əgər bunlar yoxdursa, görüntü, gündəmdə qalmaq xatirinə 5-6 nəfəri yığıb aksiya keçirmək heç nəyi dəyişmir".

Bütün xəbərlər Facebook səhifəmizdə