Ərdoğan Avropa İttifaqını QINADI

Ərdoğan Avropa İttifaqını QINADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına qarşı ittiham irəli sürərək bəyan edib ki, bu qurum hələ ki, qaçqınlarla bağlı boş vədlər verməklə məşğuldur, real işə gələndə isə heç bir addım atmır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın fikrincə onlar (Aİ) qaçqınlara yardım etmək yerinə, yardımdan sonra nəyin baş verəcəyini düşünürlər. "Artıq 4 ay keçib və ortada heç nə yoxdur. Belə bir danışıq olmuşdu ki, cari il ərzində ümumilikdə 3 milyard avro veriləcək. Görək, onlar bu vədlərinə əməl edəcəklərmi?" deyə Türkiyə prezidenti qeyd edib.

Ötən gün ankarada Türkiyə-Aİ münasibətləri mövzusunda keçirilən konfransda çıxış edən Ərdoğan həmçinin vurğulayıb ki, Aİ-nin verəcəyi 3 milyard pul Türkiyənin büdcəsinə deyil, qaçıqnlara veriləcək yardımdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə