Avropa Parlamentinin sədri Martin Şulz Yunanıstanın millət vəkili Elefterios Sinadinosu iclasdan xaric edib. SİA-nın məlumatına görə, Yunanıstanın Qızıl Şəfəq Partiyasının millət vəkili Türkləri "pis və vəhşi qurd" adlandırdığını üçün parlament salonundan qovulub.
Yunan deputat iclasda bu sözlərlə çıxış edib: "Elmi dildə desək, Türklər pis və çirklidir. Oyun oynayan vəhşi itlərə bənzəyirlər lakin düşmənlə mübarizə aparmaq lazım gəldikdə qaçırlar".

Bununla bağlı çıxış edən Martin Şulz bu sözlərin qəbul ediləcək qəlibdən olmadığını bildirib: "Bu hadisəyə qarşı reaksiyamızı göstərməliyik. Düşünürəm ki, bu danışığa görə, sanksiya tətbiq etməliyik".
Eyni zamanda o qeyd edib ki, millət vəkilinin bu sözləri Avropa Parlamentinin dəyərlərinə ziddir. Şulz 11. Qanun 165. Maddəyə əsasən Sinadinosu iclasdan çıxarıb.
Bu sözlərdən sonra iclası tərk edən Sinadinosun arxasınca onunla eyni partiyadan olan millət vəkilləri Şulzu "faşist" adlandıraraq onun bu qərarını qəbul etmədiklərini nümayiş etdiriblər.
Qeyd edək ki, Martin Şulzun iclasdan uzaqlaşdırma qərarı parlamentin bir çox millət vəkilləri tərəfindən alqışla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB