Uorlik Corciya ştatının qərarı haqda danışdı

"ABŞ-ın ayrı-ayrı ştatlarının mövqeyi xarici siyasətimizi əks etdirmir"
Uorlik Corciya ştatının qərarı haqda danışdı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinin ABŞ-ın Corciya ştatı tərəfindən "müstəqilliyi"nin tanınması barədə məlumatı "Twitter" səhifəsindən şərh edib. SİA-nın məlumatına görə, həmsədr ABŞ-ın ayrı-ayrı ştatlarının mövqeyinin ölkənin xarici siyasətini əks etdirmədiyini qeyd edib.

Uorlik səsləndirilən fikirlərə cavab olaraq bildirib ki, Dağlıq Qarabağla bağlı prosesə dair dövlət qanunvericilik orqanlarının fəaliyyəti məcburi xarakter daşımır və ABŞ-ın xarici siyasətini əks etdirmir.

Qeyd edək ki, cümə günü ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası Dağlıq Qarabağın qondarma rejiminin tanınması barədə qətnamə qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə