Səfirimiz baş nazirlə görüşüb

Səfirimiz baş nazirlə görüşüb

Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin baş naziri Pavel Filiplə görüşüb. SİA-ya səfirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlərinin yüksək səviyyədə olduğu bildirilib.

Baş nazir qeyd edib ki, Moldova Azərbaycanla münasibətlərin gələcəkdə də inkişafında maraqlıdır: "Azərbaycanla Moldova arasında ikitərəfli əlaqələr qarşılıqlı anlaşma prinsipinə əsaslanır. Əsas dövlət strukturları arasında çox yaxşı əlaqələr qurulub".

P.Filip, həmçinin iqtisadi, siyasi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

N.Əliyev isə bildirib ki, bu gün Azərbaycanla Moldova arasında əməkdaşlıq genişlənir: "Azərbaycan Moldova ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. İki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin gələcəkdə də dərinləşməsi baxımından vacibdir".

Səfir əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini əlavə edib.

N. Əliyev baş nazirə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, ölkələrin ərazi bütövlüyünü pozan silahlı separatizmlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə