"Bildiyiniz kimi, fevral ayının 25-27-də ATƏT Parlament Assambleyasının (PA) Vyanada 15-ci qış sessiyası keçirildi. Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti iştirak edirdi ki, mən də nümayəndə heyətinin üzvü kimi sessiyaya qatılmışdım. Sessiyanın əsas mövzusu Avropada qaçqın və köçkün böhranı, bu sahədə mütəşəkkil səylərin güclənməsi istiqamətləri idi. Komitələrdə keçirilən müzakirələr terrorizmə qarşı mübarizəyə, qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi və humanitar problemlərinin həlli məsələlərinə həsr olunmuşdu. Çoxsaylı müzakirələrin yekununda ATƏT-in xüsusi hesabatında qurumun iştirakçı dövlətlərinin miqrasiya problemi ilə bağlı konkret təklifləri və tədbirlər planı öz əksini tapdı". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, ATƏT-in Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib.

Deputat qeyd edib ki, qurumun sesiyasında Azərbaycan nümayəndə heyətinin üzvlərinin çıxışları əsasən Dağlıq Qarabağ münaqişəsinin həllinə və Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin qarşılaşdığı sosial-iqtisadi problemlərə həsr olunmuşdu: "Xüsusilə, dondurulmuş münaqişələrin həlli üçün yeni təşəbbüslərin vacibliyi də qeyd edildi. ATƏT PA-nın sədrinin müavini Doris Barnett Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar qeyd etdi ki, bu mövzuda ATƏT PA təkliflərini artırmalı, Minsk Qrupunun həmsədrləri isə fəaliyyətlərini genişləndirməlidirlər. Qərara alındı ki, Dağlıq Qarabağ münaqişəsi apreldə Almaniyada keçiriləcək seminarda müzakirə olunacaq. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova iclasın keçirildiyi günün Xocalı soyqırımının 24-cü ildönümünə təsadüf etdiyini dilə gətirərək, bütün dünyada terror hadiəsləri nəticəsində həlak olan günahsız insanların xatirəsini yad etməyə çağırdı".
Kamran Nəbizadə sessiya çərçivəsində Ermənistan nümayəndə heyətinin üzvlərinin çıxışlarının açıq-aşkar təxribat və populist xarakter daşıdığını bildirdi. O qeyd etdi ki, ermənilər faktları yalnış təsvirlərlə əvəz edirdilər, prezidentlərini sülhməramlı insan kimi qələmə verməyə çalışırdılar. Görün Serj Sarkisyanı bu cür təqdim etmək nə qədər gülünc doğururdu. Düzdür, onlara cavabımız gecikmədi və nümayəndə heyətimizin rəhbəri Bahar Muradova həmin "sülhməramlının" əlinin qana batdığını, Dağlıq Qarabağda dinc azərbaycanlıların öldürülməsində şəxsən iştirak etdiyini səsləndirdi".
Deputat sessiyanın nəticələrini müsbət dəyərləndirərək əlavə etdi ki, Avropa İkinci Dünya müharibəsindən sonra ilk dəfə bu miqyasda miqrant axını ilə üzləşdiyi üçün onlara Azərbaycanın qaçqın və məcburi köçkün problemlərinə daha həssas yanaşmalarını zəruri edir: "Hətta çoxları aydın dərk edirlər ki, həll olunmamış problemlərin mövcudluğu gələcəkdə Avropanın özündə xaos və böhran yarada bilər. Bu baxımdan da hesab edirəm ki, sonrakı mərhələdə bu cür münaqişlərin həllinə ATƏT daha həssas yanaşacaq".
Kamran Nəbizadə deputat olaraq belə yüksək səviyyəli beynəlxalq təşkilatın sessiyasında iştirakının fəaliyyəti dövründə ilk təcrübə olduğunu bildirdi və nümayəndə heyətinə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB