Politoloq: "İslam koalisiyası ərəb dövlətlərinə tənələrdən sonra yarandı" AÇIQLAMA
"Terrorizmə qarşı İslam koalisiyasının hələ ki, Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində hansısa rol oynaması inandırıcı görünmür. Çünki bu koalisiyanın məram və məqsədi tam başqadır". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, yaradılan koalisiyanın məqsədləri konkretləşdikdən və bununla bağlı planlar açıqlandıqdan sonra regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində nə edə biləcəyi aydınlaşa bilər: "Hələ ki, bundan danışmaq çox tezdir. Burada əsas söhbət Səudiyyə Ərbistanı başda olmaqla, İslamın sünni cərəyanını təmsil edən dövlətlərin hərbi birləşmələrindən gedir. Suriya, İran və İraq isə koalisiyaya daxil deyil. Canlı qüvvə kimi 90 min hərbçi həmin dövlətlərin nümayəndələri ,10 min nəfər isə ABŞ-ın xüsusi təyinatlıları olacaq. Məqsəd də İŞİD və digər terror təşkilatlarına qarşı mübarizənin təşkilidir. Düşünürəm ki, bu koalisiya ərəb dövlətlərinə olan tənqid və tənələrdən sonra yarandı. Çünki onların özləri İŞİD-lə mübarizədə passivlik nümayiş etdirirdilər. Maraqlısı da odur ki, İŞİD-in ən çox yayıldığı ərazilər, o cümlədən Suriya və İraq bu koalisiyada yoxdur".
Politoloq bildirib ki, sözügedən koalisiyanın missiyasını Azərbaycan Əfqanıstanda həyata keçirir və daima terrora qarşı mübarizəyə dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB