Müdafiə Nazirliyi yayılan dezinformasiyaya münasibət bildirib

Müdafiə Nazirliyi yayılan dezinformasiyaya münasibət bildirib

2014-cü ilin iyun ayında bəzi elektron kütləvi informasiya vasitələrində Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar verilmiş dezinformasiya xarakterli məlumat bu gün təkrarən sosial şəbəkələrdə və elektron mediada yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal nazirlik tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib.

Nazirlik bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə