Türkiyə Rusiyaya tərəf addım atmağa hazırdır Rəsmi

Türkiyə Rusiyaya tərəf addım atmağa hazırdır Rəsmi

Türkiyənin prezident sözçüsü İbrahim Qalın rəsmi Ankaranın Rusiya ilə mövcud olan gərgin vəziyyəti aradan qaldırmaq istədiyini bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Qalın bu sözləri Ankarada xarici jurnalistlərin suallarını cavablandırarkən deyib.

O vurğulayıb ki, Türkiyə rəsmi Moskvadan bu məsələ ilə bağlı müsbət bir cavab aldığı halda qarşı tərəfə addım atmağa hazırdır.

Prezident sözçüsü Rusiya ilə davam edən gərgin münasibətlərin ölkənin xeyrinə olmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə