"Cümə günü axşam birjalardakı ticarət sessiyaları neft kotirovkalarının nəzərə çarpacaq artım ilə yekunlaşdı". Bunu SİA-ya iqtisadiyyat üzrə fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, lakin son 6 sessiya ərzində müşahidə olunan aşağı trend cümə gününün qiymət artımını buğa trendi kimi qiymətləndirmək tez olduğunu əsas verə bilər: "Üzümüzə gələn həftəni qiymətin 30 ABŞ dolların üzərində olacağını ona görə proqnozlaşdırmaq olar ki, mart ayının fyuçersləri artıq yekunlaşdı, aprel ayının fyuçersləri isə 31.20 qiyməti ətrafında ticarət olunur. Bununla yanaşı qiymət ilə əlaqədar optimist olmaq hələ də tezdir. Həftə sonu artımı satış pozisiyaların bağlanması, gəlirlərin fiksasiyası ilə də əlaqəli ola bilər. Qiymət impulsunun daha çox korreksiya xarakterli olmasına texniki analiz də işarə edir.
Daxil olunan xəbərlər də onu deməyə əsas verir ki, qiymətdə yeni minimumlar müşahidə oluna bilər. Belə ki, ehtiyyatlarla əlaqədar situasiya demək olar ki dəyişməmiş qalmışdır. OPEC-dən gələn xəbərlər ona işarət edir ki, 2017-ci ilədək hasilatda əsaslı azalma müşahidə edilməyəcək. Neft idxalçılarını narahat edən daha vacib sual ondan ibarətdir ki, 2016-ci ildə bazardakı artıq təklif olan 300 milyon barel nefti harada saxlamaları olacaqdır. Bu disbalansı 2016-ci ilin ikinci yarısında 400000 barelədək düşməsi proqnozlaşdırılsa da, qiymət artımı trendini inkişaf etdirmək üçün yetərli olmaya bilər. Beləliklə, bazar iştirakçıları 50-60 dollarlıq nefti 2017-ci ilin ikinci yarısında gözləyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB