Ekspert: “Azərbaycan regional konfliktlərdə də mühüm rol oynaya bilər” AÇIQLAMA

Ekspert: “Azərbaycan regional konfliktlərdə də mühüm rol oynaya bilər” AÇIQLAMA

"Dünya liderlərinin Prezident İlham Əliyevə dəvət göndərməsi ölkəmiz üçün çox mühüm hadisədir. Belə bir dəvət Azərbaycanın imicinə müsbət yanaşmadan irəli gəlir". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) eksperti Cəbrail Fərzəliyev deyib.

O bildirib ki, Prezidentin London səfərində müzakirə mpredmetləri olduqca aktual və önəmli məsələlərdir: "Digər tərəfdən prezidentin "Suriya və regiona dəstək " konfransında iştirakı Azərbaycanın Suriya məsələsində və digər regional konfiliktlərdə mövqeyini göstərmiş olacaq. Konfrans zamanı digər humanitar və regional müzakirələrdə Azərbaycan prezidentinin iştirak etməsi təkcə ölkənin deyil, eyni zamanda prezident İlham Əliyevin imicinin beynəlxalq səviyyədə nüfuzundan xəbər verir.

Azərbaycanın bu konfransda iştirakı təkcə Suriya məsələsində deyil, regional konfliktlərdə mühüm rol oynaya biləcəyindən xəbər verir. Bu səfəri həmçinin Azərbaycanın Qərblə arasında yaranmış müəyyən qaranlıq məsəsələrə aydınlıq gətirməsi baxımından da yüksək qiymətləndirmək olar. Prezidentin konfransı çərçivəsində keçirilən "Təhsil " mövzusunda sessiyada çıxışı və önəmli nüanslara toxunmasını xüsusi qeyd etmək lazımdır. Prezidentin çıxışında Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunması və Azərbaycanın da 1990-cı illərin əvvəlində humanitar fəlakət və böhranlardan əziyyət çəkməsi məsələsini qeyd etməsini xüsusi vurğulamaq lazımdır. Düşünürəm ki, prezidentin bu səfərini regional problemlərin müzakirəsi və bu müzakirələrdə Azərbaycanın tutduğu mövqe, önəmli rol oynaması baxımından müsbət qiymətləndirmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə