2 millət vəkili əvvəllər üzv olduqları komitəyə qayıtdı

2 millət vəkili əvvəllər üzv olduqları komitəyə qayıtdı

Milli Məclisin reqlamentinə edilmiş son dəyişiklikdən sonra bir millət vəkilinin iki komitədə üzv olması mümkünləşib. SİA-nın xəbərinə görə, bu baxımdan, hazırda Səhiyyə komitəsinin üzvü olan Musa Quliyevlə SevincHüseynova ikinci komitədə, daha doğrusu, əvvəllər üzv olduqları Əmək və sosial siyasət komitəsində fəaliyyətlərini davam etdirəcəklər.

Bu, hər iki millət vəkilinin özünün istəyi ilə baş verib.

Eyni zamanda, əvvəllər Əmək və sosial siyasət komitəsinin, hazırda da Səhiyyə komitəsinin üzvü olan Məlahət İbrahimqızı isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fəaliyyət göstərəcək.

Bu haqda millət vəkilinin özü məlumat verib və qeyd edib ki, Səhiyyə komitəsi ilə yanaşı, həm də özünü adıçəkilən komitədə sınamaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə