"Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar hələ də tam müstəqil siyasət yürütməkdə çətinlik çəkirlər". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, hələ də erməni lobbisinin təsiri və islamafobiya amili bəzi beynəlxalq təşkilatlarda özünü göstərməkdədir: "Əgər belə olmasaydı bu gün biz Azərbaycanın haqq səsi olan hər iki layihəni Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında qəbul edər və haqlı olaraq səsvermədə məruzələr qəbul edilərək təsdiqlənə bilərdi. Ancaq təəssüflər olsun ki, yenə də ikili standartlar öz işini gördü və təqdim olunan məruzələrdən biri qəbul olunmadı. Sadəcə olaraq Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzəsinin dinlənilməsi və dinlənilmədən sonra səsə qoyularaq qəbul olunması Azərbaycan dövlətinin bu yolda qətiyyətli olmasını, işğalçı bir dövlətə, onun himyədarlarına heç bir sahədə məğlub olmayacağına daha bir sübutdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB