Millət vəkilimiz AŞPA-da komitə sədri seçildi

Millət vəkilimiz AŞPA-da komitə sədri seçildi

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası davam edir. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edir.

SİA-nın əldə etdiyi məlumata görə, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sahibə Qafarova bir neçə dəqiqə öncə Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri seçilib.

Qeyd edək ki, tarixdə ilk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da komitə sədri seçilir.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasında "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə