Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında 2015-ci ildə xarici siyasətin nəticələrini belə qiymətləndirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Lavrovun çıxışında səsləndirdiyi önəmli ifadələr bu cür olub:
- Rusiyanın Suriyada hava əməliyyatlarına başlaması bu ölkədəki vəziyyət üçün bir dönüş nöqtəsi oldu.
- Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın ən böyük ölkələrindən biri olaraq, Suriya böhranına daxil olma haqqını istifadə etdi.
- Terrorizmi yalnız hərbi üsulla məğlub etmək olmaz, bunun üçün bəzi siyasi və iqtisadi addımlar da atılmalıdır.
- Rusiya İranın nüvə proqramı ilə əlaqədar vəziyyətin stabilləşməsinə istiqamətli bütün addımları məmnuniyyətlə qarşılayır və bu mövzuya dair danışıqları aktiv olaraq izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB