Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyevin rayonun Bibiheybət qəsəbə seçiciləri ilə görüş keçirib. Görüşdə YAP Səbail rayon təşikilatının fəalları və qəsəbə sakinləri iştirak ediblər.
Şəmsəddin Hacıyev ilk öncə seçicilərinə növbəti dəfə ona etimad göstəridklərinə görə təşəkkür edib və bildirib ki, millət vəkili kimi hər zaman xalqın, seçicilərin yanında olmaq, onların istək və arzularını dinləmək, yaranan problemləri aradan qaldırmaq onun ən ümdə vəzifələrindən biridir. Belə ki, ötən parlament seçkilərində YAP-ın "Yeni hədəflərə doğru" şüarı da bu amilə söykənir: "Bizlər də həm millət vəkili kimi, eyni zamanda YAP-ın funksionerləri kimi, məhz bu şüarı əsas tutmaqla, yalnız yeni hədəflərə doğru irəliləməkdəyik".
"Qəbul edilən çevik qərarlar, atılan qətiyyətli, təxirəsalınmaz addımlar da sübut etdi ki, Azərbaycan hökuməti sözügedən vəziyyətdən ən az zərərlə çıxmağı bacarır"
Millət vəkili dünyada və ölkədə gedən proseslərə toxunaraq bildirib ki, hazırda neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi bütün dünya ölkələrinin iqtisadiyyatına neqativ təsirlər göstərib. Lakin Azərbaycan dövlət olaraq, bu böhrandan ən az zərərlə çıxmağa qadir bir ölkədir: "Hələ bir neçə il öncə dünyada baş qaldıran qlobal iqtisadi böhran yaşandığı zaman, həmin böhran Azərbaycandan yan keçmişdi. Dövlətimizin dayanqılı iqtisadi gücü və qüdrəti, eləcə də ölkə başçısı Cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində xalqımız bu böhranı hiss etmədi. Azərbaycanda sosial-iqtisadi layihələr həyata keçirildi, regionlarda inkişaf və tərəqqi davam etdirildi. O cümlədən, dövlətimiz xarici ölkələrə investisiyalar yatırmaqla, dünya birliyində ən öndəgedən, lider dövlətə çevrildi. Bu gün də uğurlu sosial-iqtisadi siyasət dövlətimizin rəhbəri Cənab İlham Əliyev tərəfindən uğurla, inamla aparılmaqdadır. Düzdür, böhran amili ölkəmizə də müəyyən təsirlərini göstərdi, ancaq qəbul edilən çevik qərarlar, atılan qətiyyətli, təxirəsalınmaz addımlar da sübut etdi ki, Azərbaycan hökuməti sözügedən vəziyyətdən ən az zərərlə çıxmağı bacarır".
"Azərbaycan xalqı Prezident İlham Əliyevə öz etimadını, dəstəyini göstərir, Ona inamını sərgiləyir"
Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin Nazirlər Kabinetində keçirdiyi müşavirə barədə də fikir bildirib və qeyd edib ki, ölkəmizin rəhbəri əsas olaraq, xalqın maraqlarından çıxış edir: "Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə öz etimadını, dəstəyini göstərir, Ona inamını sərgiləyir. Təbii ki, ölkə rəhbərimiz də öz xalqının müdrikliyinə və mərdliyinə arxalanır. Bu gün Azərbaycanda olan xalq-dövlət vəhdəti heç bir başqa ölkələrdə yoxdur. Bu da sübut edir ki, ölkə rəhbərimiz hər zaman olduğu kimi insan amilinə diqqət göstərir. Bu siyasət bundan sonra da davam etdiriləcək".
Millət vəkili rəqəmlərə də toxunaraq deyib ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün müvafiq planlar həyata keçirilir, o cümlədən iqtisadiyyatımızda da artım var. Həmçinin qeyd edildi ki, bütün ölkəlrədə olduğu kimi, ölkəmizdə də insanlar müəyyən qənaətə getməli, çətinliklərin aradan qaldırılmasını sürətləndirmək üçün müvafiq addımlar atılmalıdır.
Şəmsəddin Hacıyev sonda seçiciləri maraqlandıran suallara cavab verdi və onları narahat edən bir sıra problemləri dinlədi. Seçicilər qeyd etdilər ki, hazırda qəsəbədə marşrut problemi, eləcə də içməli su və qaz təminatı problemləri mövcuddur. Millət vəkili seçicilərini dinlədikdən sonra qaldırılan məsələlərin tez bir zamanda həll ediləcəyinə söz verdi.
Sonda millət vəkilinin seçiciləri ilə görüşü diskussiya və qarşılıqlı anlaşma şəklində başa çatdırıldı.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB