Politoloq: “Ordu quruculuğu amili hər bir dövlət üçün önəmli məsələdir” AÇIQLAMA

Politoloq: “Ordu quruculuğu amili hər bir dövlət üçün önəmli məsələdir” AÇIQLAMA

"Davos İqtisadi Forumunda maraqlı bir məlumat açıqlanıb. "U.S. News and World Report" dərgisinin araşdırmasına görə Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həmin dərgi dəfələrlə hansı dövlətin ordusunun və yaxud dövlətin özünün kimin güclü olduğu haqqında müxtəlif statistik rəqəmlər göstərir. Bu dəfəki statistik rəqəmləri dərc etdiyi vaxt da əsasən dünyada olan ən güclü 60 ordu haqqında məlumatlar yayıb". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, büdcədən maliyyələşməsinə və müasir silahlarla təmin edildiyinə görə, Azərbaycan ordusu bu siyahıda 38-ci yerdədir: "Təbii ki, dünyanın 60 güclü ordusunun içində Azərbaycan ordusunun 38-ci yerdə qərarlaşması müsbət haldır. Ümumiyyətlə təhlükəsizlik, ordu quruculuğu amili hər bir dövlət üçün önəmli məsələdir. Məlumdur ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Bizim Dağlıq Qarabağ kimi prioritet məsələmiz var. Əgər fikir versək, 2015-ci ilin büdcəsi ilə müqayisə etdikdə bu gün ordu üçün ayrılmalar 59-60 milyon dollardan çoxdur".

A. Nağıyev əlavə edib ki, bu gün orduya büdcədən ayrılma 1,8 milyard manat hesablanır ki, bu da çox böyük rəqəmdir: "Bunda başqa, Azərbaycan ordusunun silahlanması, təlimlərin keçirilməsi üçün bir sıra müqavilələrimiz var. Məhz buna görə də dünya miqyasında ÜDM-in neçə faizinin orduya yönəlməsi çox önəmli rəqəmdir".

Bütün xəbərlər Facebook səhifəmizdə