“Azərbaycan ən rəqabətədavamlı ölkələr sırasındadır” Davosun REAL HESABATI

“Azərbaycan ən rəqabətədavamlı ölkələr sırasındadır” Davosun REAL HESABATI

Beynəlxalq Davos İqtisadi Forumunun qlobal rəqabətədavamlı və risklər komandası qiymətləndirmə aparıb. SİA xəbər verir ki, qiymətləndirmə və risklər komandası 2015 və 2016-cı illər üzrə növbəti hesabatını təqdim edib. Aparılan araşdırmalardan bəlli olub ki, Azərbaycan region ölkələri və qonşuları da daxil olmaqla, bir çox ölkələri geridə qoymağı bacarıb.

Beynəlxalq Forumun rəsmi saytında qeyd olunur ki, qlobal rəqabətədavamlıq üzrə qiymətləndirmə 2015-2016-cı illəri əks etdirməklə yanaşı, 140 ölkəni əhatə edir və burada əsas meyar kimi həmin ölkələrin istehsalatı, yaşayış səviyyəsi nəzərə alınır. Mövcud hesabat kifayət qədər kompleksli qiymətləndirmə kimi dünyada milli rəqabətədavamlılığı əks etdirir. İlk onluqda İsveçrə, Sinqapur, ABŞ, Almaniya, Niderland, Yaponiya, Honkonq, Finlyandiya, İsveç və Böyük Brtitaniya yer alır.

Keçmiş SSRİ ölkələri arasında isə Azərbaycanı yalnız iki Baltikyanı ölkə – Estoniya (30-cü yer) və Litva (36-cı yer) qabaqlayır. Azərbaycan reytinq cədvəlində 40-cı yerdə qərarlaşaraq, Polşa (41-ci yer), Qazağıstan (42-ci yer), İtaliya (43-cü yer), Latviya (44-cü yer) və Rusiya kimi ölkələri geridə qoyub.

Türkiyə cədvəl üzrə 51-ci, Grcüstan 66-cı, İran 74-cü, Ermənistan isə 82-ci yerdə qərarlaşıb. Son pillələrdə isə Afrikanın yoxsul ölkələri yer alıb. Onlar Mavritaniya, Çad və Qvineyadır ki, ardıcıllıqla 138, 139, 140-cı yerləri bölüşürlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə