Müsavatla “Yeni Müsavat” arasında SÖZ ATIŞMASI

Azər Ayxan: “Mustafa Hacıbəyli qələt eləyir”
Müsavatla “Yeni Müsavat” arasında SÖZ ATIŞMASI

"Müsavat partiyası bütün mətbu orqanlara eyni münasibət bəsləyir. Ona görə də bu sualın cavabını Rauf Arifoğlu daha yaxşı bilir". Bunu SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli təmsil olunduğu təşkilat rəhbərliyinin son günlər "Yeni Müsavat"la aralarında yaranan soyuq münasibətə fikirlərini bildirərkən deyib.

M.Hacıbəyli qeyd edib ki, partiya rəhbərliyinin "Yeni Müsavat"la münasibətlərinin bərpa edilməsi haqqında nə düşündüyündən məlumatsızdır. "Bu məsələyə münasibət bildirməkdə çətinlik çəkirəm".

Mustafa Hacıbəylinin fikirlərinə "Yeni Müsavat" qəzetinin baş redkator müavini Azər Ayxan da sualımıza sosial şəbəkə vasitəsilə çox qısa münasibət bildirib və qəzet rəsmisi ona qarşı həqarətli ifadə işlədib: "Mustafa Hacıbəyli qələt edir, bir daha deyirəm, o qələt edir!"

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı hüquq mühafizə orqanları strukturuna çağırılaraq, onunla söhbət aparılıb. Partiyanın başqan müavini Səxavət Soltanlı isə facebook sosial şəbəkəsində "Yeni Müsavat" rəhbərliyini ittiham edərək, bu məsələni işıqlandırılmadığını, bununla qəzetin hakimiyyətə işləməsinin təsdiq olunduğunu yazmışdı. Onun fikirlərinin altından isə qeyd edilən "comment"lərdə qəzetə qarşı təhqirli ifadələr yazılmışdı. Məhz bundan sonra Azər Ayxan da öz növbəsində "Arif Hacılı, məni eşidirsiniz…" adlı yazısında Müsavatın mövcud vəziyyətinin məhz onun yürütdüyü səhv siyasəti nəticəsində yarandığını bildirib. Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat sıralarından istefa verdikdən sonra qəzetin Müsavat partiyasına işləməyə borcu olmadığını bəyan etmiş, fəaliyyətini media biznesi üzərində quracağını vurğulamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə