“Məqsəd virtual aləmdə terrorizmlə mübarizəni gücləndirməkdir” AÇIQLAMA

“Məqsəd virtual aləmdə terrorizmlə mübarizəni gücləndirməkdir” AÇIQLAMA

"İŞİD-in terror təşkilatı kimi milli və dövlət təhlükəsizliyini təhdid etdiyi dövlətlərdən ən birincisi məhz ABŞ-dır". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev Ağ evin İŞİD qruplaşmasının və digər ekstremist qrupların təbliğatına qarşı mübarizə aparmaq üçün yeni plan hazırlamasıyla bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ dini ekstremizm və terrorizmin bir təhdid növü olduğunu məlum 11 sentyabr hadisəsindən sonra qəbul edib: "Bu məqsədlə bununla hər formada mübarizə aparır və təbliğat vasitələrindən istifadə edir. Bundan başqa məlumdur ki, İŞİD öz sıralarına yeni şəxslərin cəlb edilməsi, törətdiyi cinayətləri piar etmək və qəddarlıqlarını göstərmək , ümumiyyətlə qurumları qorxutmaq məqsədilə sosial şəbəkələrdən , o cümlədən "Facebook" və "Twitter" səhifələrindən də istifadə edir. Buna əks olaraq ABŞ müvafiq virtual qruplar yaratmağı və İŞİD-in internetdəki təbliğatlarının qarşısının alınması üçün mühüm addımlar atmaq qərarına gəlib və düşünürəm ki, bu düzgün və vacib bir addımdır. Yəni əsas məqsəd virtual aləmdə terrorizmlə mübarizəni gücləndirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə