Nazir: "Tibbi-sosial ekspertiza komissiyaları ləğv ediləcək" AÇIQLAMA- YENİLƏNİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və sağlamlıq imkanları məhdudluğun təyin edilməsindəki yeni meyarlarla bağlı mətbuat konfransı keçirilir. SİA-nın verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, yeni əsasnaməyə əsasən müddətli əlillik təyin olunmuş 2-ci və 3-cü qrupda 5 illik, 1-ci qrupda isə müddətsiz olması barədə qərarlar öz əksini tapıb: "İl ərzində 230-240 min insan təkrar əllilik üçün müraciət etməyəcək. Bu sayın 3500 nəfərədək azalacağı proqnozlaşdırılır. Əlilliyin təyin olunmasında şəffaflıq üçün yeni addımlar atılacaq. Hər ay yerlərə səyyar komissiyalar göndərilərək əlillik qruplarının təyinatı aparılacaq. Eyni tərkibli komissiyalar təkrarən eyni yerə göndərilməyəcək. Komissiyalar rayonlarda qısa müddətdə qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB