İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. İranın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumatda bildirilir ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələrində İranda bir sıra əhli-sünnə alimlərinin edam edilməsi ilə bağlı yayılmış əsassız xəbərləri qətiyyətlə təkzib edib.
Səfirliyin məlumatında deyilir: "Çox təəssüflər olsun ki, bəziləri bu kimi yalan xəbərləri yaymaqla Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin məzlumcasına şəhid edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışırlar.
İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir."
Xatırladaq ki, Türkiyə Respublikasının və Azərbaycanın bəzi KİV-lərində İranda 27 sünni alimi və dəvətçisi haqqında edam hökmünün çıxarılması barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə iddia olunmuşdu ki, bununla İran hökumətinin bu qərarı Səudiyyə Ərəbistanında şiə alimi Ayətullah Şeyx Baqir ən-Nimrin edamına cavab olaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB