Səfir geri çağırıldı

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması haqda qərar qəbul edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, BƏƏ İrandakı diplomatlarının sayını azaltmaq haqda qərar qəbul edib, İrandakı səfirini geri çağırıb.

Sudan da İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Bu haqda ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyası bildirib.

"Sudan Respublikası İranın ölkədəki səfirini "persona non-qrata" (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyinin bütün əməkdaşlarının ölkənin tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb", - deyə administrasiya vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə