Türkiyə prezidenti üçün gecəyarısı Kəbənin qapısı açılıb FOTOLAR

Türkiyə prezidenti üçün gecəyarısı Kəbənin qapısı açılıb FOTOLAR

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ümrə ziyarəti üçün Məkkə şəhərinə gedib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, kral Salmanın əmri ilə Türkiyə rəhbəri üçün gecəyarısı Kəbənin qapısı açılıb.

Daha sonra Ümrə ziyarətini tamamlayan Ərdoğan "Məscidül-Haram"ın yanındakı Səudiyyə Ərəbistanı kralının qonağı olub.

Türkiyə prezidenti və onu müşayiət edən heyət üzvlərinin Mədinəyə gedərək, Məhəmməd (s) peyğəmbərin məzarının olduğu "Məscidi-Nəbəvini" də ziyarət etmələri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə