Milli Məclisin plenar iclası davam edir. SİA-nın məlumatına görə, deputat Fazil Mustafa çıxış edərək bildirib ki, 10 il ərzində Azərbaycana daxil olan yüksək səviyyəli gəlirlərin xərclənməsi istiqamətində yol verilən səhvlər, israfçılıq gələcəyimiz barədə düşünməyi vadar edir. O qeyd edib ki, iqtisadçıların nə qədər zəif olmasını devalvasiya üzə çıxardı: "21 fevral devalvasiyasından sonra Zahid Oruc sinəsini qabağa verib bunun haqlı mövqe olduğunu dedi. Bu dəfə isə 50 faizlik devalvasiya oldu. Bu barədə insanlara heç nə deyilməyib. İsrafçılıq yox olacaqmı, idxal-ixrac şəffaf olacaqmı? Bu barədə vətəndaşlara heç nə deyilmir. Mərkəzi Bank Naxçıvan Bankın etdiyini təkrarlaya bilmədiyini deyir. Qeyd edilir ki, Naxçıvanda kredit bir milyon manat məbləğində olduğu üçün ödəmək rahatdır. Mərkəzi Bank isə bunu edə bilmir. Sədərək, Binə Ticarət Mərkəzlərinin acınacaqlı vəziyyətdə olduğunu düşünərək konkret addımlar atılmalıdır, islahatlar keçirilməlidir. Dövlət qurumlarında ixtisarlar olmalıdır".
Sədr Oqtay Əsədov bu istiqamətdə işlərin aparıldığını qeyd edib və bildirib ki, yaxın müddətdə təkliflər hazır olacaq.
Deputat Fərəc Quliyev isə Parlamentdə həftədə bir dəfə iclas keçirilməsini təklif edib. O bildirib ki, burada müvafiq qurumların dinləmələri keçirilsin və məlumatlar televiziya vasitəsilə insanlara çatdırılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB