Ankarada Qarabağ parkı açılacaq FOTO

Ankarada Qarabağ parkı açılacaq FOTO

Millət vəkili Qənirə Paşayevanın Ankarada Qarabağ parkı olması ilə bağlı təklifi bələdiyyə başqanı dəstəklənib. SİA-nın məlumatına görə, Türkiyənin paytaxtı Ankarada Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Gölbaşı bələdiyyə başqanı Fatih Duruay ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu, Gölbaşının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Ankarada, Gölbaşının mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Gölbaşı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Gölbaşı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə bağlı da addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bildirib və millət vəkili Qənirə Paşayevanın Ankarada, Gölbaşında Qarabağ parkının olması ilə bağlı təklifini müsbət qiymətləndirdiyini söyləyib. O, bu təklifə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını vurğulayıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Gölbaşı bələdiyyə başqanı Fatih Duruaya müəllifi olduğu "Hocalı soykırımı tanıkların dilindən", "Karabağ hikayeleri" kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Ankara, Gölbaşının tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Ankarada yaşayan bir sıra azərbaycanlı ziyalılar da iştirak edib və bir sıra təklif və ideyalar ərtafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə