Koalisiya “İslam Dövlətini” VURMAYACAQ?

Koalisiya “İslam Dövlətini” VURMAYACAQ?

"Müsəlman ölkələri koalisiyasının əsas hədəfi İslamı terrordan müdafiə etməkdir". SİA xəbər verir ki, bu bəyanatı Türkiyənin xarici işlər nazirliyinin mətbuat katibi Tanju Bilqiç Ankarada keçirdiyi brifinqdə səsləndirib. O, qeyd edib ki, koalisiya hərbi struktur mövqeyində olmayacaq və gündəlikdə bu barədə heç bir məsələ qoyulmayıb: ""İslam Dövləti"nə qarşı hər hansı bir kəşfiyyat ,yaxud hərbi əməmkdaşlıq vacibdir. Lakin terrorizmə qarşı mübarizədə ideoloji aspektlər də mövcuddur. Bu mübarizə elə aparılmalıdır ki, İslam dini terrorçuluqla birgə assosiasiya olunmasın".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 34 müsəlman ölkəsi ilə razılıq əldə etdikdən sonra koalisiya yaradıb və onun terrorçuluğa qarşı mübarizədə fəaliyyət göstərəcəyini bəyan edib. Belə ki, birləşmiş operativ komanda mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə