"Türkiyənin Qərbə ehtiyacı yoxdur" Açıqlama

"Türkiyənin Qərbə ehtiyacı yoxdur" Açıqlama

"Türkiyə terrorla mübarizədə ən təcrübəli dövlətlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə terrorçular tərəfindən Türkiyə ərazisindən keçən boru xətlərinə edilən hücumlarla bağlı Türkiyənin gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Türkiyə kifayət qədər güclü, eyni zamanda NATO üzvü olan dövlətlərdən biridir və Türkiyəyə qarşı edilən hər bir hücum NATO-ya edilmiş hücum kimi qəbul edilir.

Millət vəkili Türkiyənin terrora qarşı apardığı mübarizədə Qərbin rolunu da analiz edərək vurğulayıb ki, Türkiyə terrora qarşı mübarizədə kifayət qədər təcrübəlidir və bu problemləri həll etmək üçün onları kiməsə çatdırmaq fikrində deyil: "Türkiyə öz ərazisində baş verən problemləri özü də həll edə bilər. Bunun üçün onun Qərbin köməyinə ehtiyacı yoxdur. Digər tərəfdən Türkiyə terrorla mübarizədə kifayət qədər təcrübəlidir. Hətta Türkiyə NATO üzvü dövlətlər arasında terrorla mübarizədə ən təcrübəli ölkələrdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə