"Əli Kərimlinin səmimiyyətinə hər zaman şübhə etmişəm. Təbii ki, bu gün də eyni fikirdəyəm. Xüsusilə də Əbülfəz Elçibəyə olan məlum münasibətindən sonra nə danışsa, boş və manasızdı". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev son günlər Əli Kərimlinin Əbülfəz Elçibəy haqqında xoş fikirlər söyləməsinə münasibət bildirərkən deyib.
AXCP sədri qeyd edib ki, Əli Kərimlinin fikirləri boş cəfəngiyyat və ictimai rəy üçün hesablanmış gedişlərdir: "Yurd təmsilçilərinin hamısı Əbülfəz Elçibəyi zəif, iradəsiz, siyasəti olmayan və qeyri-ciddi adam kimi qələmə veriblər. Bu gün də Elçibəy haqqında bu fikirlər cəmiyyətdə var. Düşünürəm ki, bu haqsızlığın müəllifi Əli Kərimlidir. Əfsuslar olsun ki, o hələ də ictimai rəyi çaşdırmaq üçün hiylələrindən əl çəkmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB