Millət vəkili Mingəçevir sakininin itkin düşməsindən Danışdı

Millət vəkili Mingəçevir sakininin itkin düşməsindən Danışdı

Dekabrın 4-də "Günəşli" yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur. SİA-nın məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə öz "facebook" sosial şəbəkəsində xəbər paylaşıb.

Millət vəkili deyib ki, 29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olan İnqilab ixtisasca nəqliyyatçıdır: "O, axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib. İnqilabın 10 gün əvvəl ad günü olub, o doğum günün dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə "Ad günümü sahilə qayıdanda qeyd edərik" deyib. Anası Qəmərxanım Mingəçevirdə tanınmış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir. Bu gün zəng edib ona təssəlli verdim, ancaq ana hələ də oğlunun itkisinə inanmır. "O mütləq gələcək" dedi".

Bütün xəbərlər Facebook səhifəmizdə