Əflatun Amaşov sosial şəbəkələrdəki problemlərdən DANIŞDI

Əflatun Amaşov sosial şəbəkələrdəki problemlərdən DANIŞDI

"Ümumiyyətlə, tək Nardaran hadisələri deyil, eləcə də başqa hadisələrlə bağlı jurnalistika öz üzərinə düşən missiyanı yerinə yetirməyə çalışır. Nardaran hadisələri zamanı jurnalistlərimiz cəmiyyəti məlumatlandırmaqla bərabər, jurnalistikanın hansı mövqedə olmasını bir daha nümayiş etdirdi. Həmin mövqe dövlətçilik idi". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, əvvəlki hadisələrə nisbətən jurnalistika bu səfər üzərinə düşən missiyanı yerinə yetirdi: "İlk xəbərin kim tərəfindən verilməsi ilə bağlı məsələyə gəlincə təbii ki, burada bir qədər müəyyən anlaşılmazlıqlar, problemlər ola bilər. Hesab edirəm ki, məhz bu kimi hadisələrdə əsasən vətəndaşlıq mövqeyi önəmli olmalıdır. Bu kimi hadisələrdə məsələni şişirtmək, vəziyyəti gərginləşdirmək yox, məsələnin həlli yollarını asanlaşdırmaq, bu sahədə artan təzyiqi azaltmaq istiqamətində vətəndaş mövqeyi sərgiləmək daha önəmli olmalıdır".

Ə.Amaşov hesab edir ki, bu gün internet mediada (əsasən də sosial şəbəkələr) müəyyən problemlərin olması yenə də mövcuddur: "Dini ekstremizmə marağı olan insanlar məhz bu üsuldan da istifadə edirlər. Onlar sosial şəbəkələrdən geniş yararlanırlar. Bu şəxslər "facebook", "twitter"də olanlarla dost olurlar. Beləcə onlar bu hadisələrə loyal yanaşır, haradasa yumşaltma mövqeyini tuturlar. Bəzi məqamlarda isə hadisələrə qeyri-adekvat münasibət göstərirlər. Düşünürəm ki, bunun qarşısını almaq üçün sosial şəbəkələrdə də kifayət qədər aktivliyi artırmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə