Arzu Nağıyev: “ATƏT deklorativ çıxışlar əvəzinə, real addımlar atmalıdır” AÇIQLAMA

Arzu Nağıyev: “ATƏT deklorativ çıxışlar əvəzinə, real addımlar atmalıdır” AÇIQLAMA

"Azərbaycan üçün bu toplantının əhəmiyyəti ondan ibarət ola bilər ki, biz yenə də öz mövqeyimizi nümayiş etdirə bilərik və etdiririk". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev ATƏT-ə üzv ölklərin Xarici işlər nazirlərinin Belqrad toplantısının Azərbaycan üçün əhəmiyyəti barədə açıqlamasında deyib.

Arzu Nağıyev bildirib ki, ATƏT-in Belqraddda keçirilən Xarici işlər nazirlərinin növbəti yığıncağında Azərbaycan Xarici işlər naziri cənab Elmar Məmmədyarov da öz çıxışında qeyd etdiyi kimi əsas məsələ Dağlıq Qarabağ ərazisindən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasıdır: "Yəni bir daha Madrid prinsiplərinə qayıdaraq ilk növbədə ərazi bütövlüyünün tanınması əsas şərt kimi qəbul edilməlidir".

"Bu gün Ermənistan rəhbərliyi öz çıxışlarında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışırsa, bununla bağlı məsuliyyətsiz bəyanatlar verirsə, beynəlxalq hüquq normalarını pozursa və ATƏT-in Minsk qrupu da buna biganəlik edirsə deməli müsbətə doğru heç bir nəticə gözləməyə dəyməz. Azərbaycan üçün bu toplantını əhəmiyyəti ondan ibarət ola bilər ki,biz yenə də öz mövqeyimizi nümayiş etdirə bilərik və etdiririk. ATƏT –dən isə münaqişənin həlli istiqamətində deklarativ çıxışlar əvəzinə real addımlar atmağı gözlədiyimizi bildiririk. Yəni ATƏT-in Minsk qpupu və onları təmsil edən dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli isitiqamətində Azərbaycanın mövqeyi ilə bağlı işlərində müvafiq addımlar atmalı və prinsipial dəyişiliklər etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə