Türkiyə Cumhuriyyətinin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təşkil etdiyi ortaq mətbuat konfransında "TANAP"ın planlaşdırıldığı kimi 2018-ci ildə deyil, daha tez vaxtda reallaşması üçün razılığa gəldik" deyib. SİA xəbər verir ki, rəsmi görüşlər aparmaq üçün bu gün Azərbaycanın paytaxtı Bakıya gələn Baş nazir Əhməd Davudoğlu və başçılıq etdiyi heyət prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Baş nazir Davudoğlu da vəzifəyə gəlməsinin ardından Kuzey Kıbrıs Türk Cumhuriyyətindən (KKTC) sonrakı ilk xarici ziyarətini Azərbaycana reallaşdırdığını bildirərək "TANAP"ın planlaşdırıldığı kimi 2018-ci ildə deyil, daha tez vaxtda reallaşması üçün razılığa gəldik" deyib: "TANAP layihəsinin planlaşdırıldığı kimi 2018-ci ildə deyil, daha tez vaxtda olmasını istəyirik. Bu proyektlə Bakını Asiyanın parlayan ulduzu olaraq görürəm. Necə ki, Türkiyə 9 milyard dollar, Azərbaycan 4 milyard dollarlıq bir investisiya yatıracaq. Hədəfimiz ticarətimizi 15 milyon dollara çatdırmaqdır. Mədəniyyət sahəsində də bir çox layihələrimiz var. Müdafiə sənayesi mövzusunda ortaq layihələrimiz davam edəcək. Bu mövzudakı ortaqlıq bizim ən çox əhəmiyyət verdiyimiz məsələlərdən biridir".
Çıxışında Putinə də səslənən Davudoğlu: "Rusiyaya səslənirəm. Təzyiqi salaq. Şüurlu iki qonşu ölkə olaraq masa başında problemlərin həll edilməsi bizim istədiyimiz üsuldur. Putin ittihamlarına son verməlidir", - deyib.
Əhməd Davudoğlu bildirib ki, Türkiyə və Azərbaycanın birlikdə olduğu regional yığıncaqlara əhəmiyyət veririk: "Qarabağ mövzusunda bizim mövqeyimiz son dərəcə aydındır. Dünyada bir çox problemin həlli qarşılıqlı sərhəd bütövlüyünə hörmətlə həll olunur. Biz buradan bir dəfə daha ədalətli və qalıcı bir sülh yolunda atılacaq addımları dəstəkləyəcəyimizi söyləmək istəyirəm. Bu gün ələ aldığımız mövzulardan biri Suriyada son yaşanan proseslərdir. 24 Noyabrda gerçəkləşə təyyarənin düşməsi barədə məlumat çatdırdım. Dostumuz, qonşumuz və böyük bir tərəfdaşı olan Rusiyanın Türkiyənin öz sərhədini qoruduğunu anlamasını istəyirik. Türkiyənin təhqiredici bir rəftarı yoxdur ola bilməz, sərhəd təhlükəsizliyimiz müqəddəsdir. Suriya böhranından Türkiyə qədər təsirlənən ikinci bir ölkə yoxdur. Bizim Suriyanın bir qarış torpağında gözümüz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB