Kəmaləddin Heydərov səfirlə görüşüb

Kəmaləddin Heydərov səfirlə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb. FHN-dan SİA-ya verilən məlumata görə, nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulayıb. Sonra Azərbaycan ilə Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycan Respublikasının müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə