İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırıb. SİA "iran.ru" saytına istinadən xəbər verir ki, şovinist çağırışlarla Nardaran əhalisinə təxribat xarakterli müraciət edən Həqiqətpur Azərbaycan vətəndaşlarını itaətsizliyə səsləyib.
Belə ki, Həqiqətpurun fikrincə hakimiyyət orqanları regiondakı diktatorların aqibətindən ibrət dərsi almalıdır: "Azərbaycan bir tərəfdən, homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir".
Belə hərəkətlərin pis nəticələnəcəyini həyasızcasına bəyan edən İran parlamentarisinin bu fikirləri həmçinin belə deməyə əsas verir ki, Tale Bağırzadə həqiqətən də xarici qüvvələrdən təlimat alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB