Elçin Mirzəbəyli: “Nardaran müalicəsinə ciddi ehtiyac duyulan xəstəlik mənbəyidir" MÜNASİBƏT

“Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir"
Elçin Mirzəbəyli: “Nardaran müalicəsinə ciddi ehtiyac duyulan xəstəlik mənbəyidir" MÜNASİBƏT

"Nardaranda baş verən proselər əslində çoxdan Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə qarşı yönəlib. Bu kiçik qəsəbədə yaşayan insanların bir qismi mütəmadi olaraq Azərbaycanın dünyəvi dövlət quruluşunun əleyhinə çıxışlar edərək ayrı-ayrı dövlətlərin maraqlarının təmsilçisi mövqeyində dayanıblar. Təsadüfi deyil ki, ayrı-ayrı vaxtlarda "İslam Partiyası"nın istintaqa cəlb edilən üzvlərinin müxtəlif anti-azərbaycançı qüvvələrin xüsusi xidmət orqanları ilə əlaqələri üzə çıxmışdır". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli Nadaranda baş verən hadisələrə münasibət bildirirkən deyib.

Politoloq bildiri ki, Azərbaycanı feodal dövrün dağınıqlarına çəkmək istəyən bir qrup terrorçunun nəzarəti altında olan bu qəsəbədə böyük problemlər mövcuddur: "Həmin şəxslər dini deyil, siyasi cinayətkar fəaliyyətlə məşğuldurlar. Nardaran müasir Azərbaycanda, milli-mənəvi və mütərəqqi ümumbəşəri dəyərlərin vəhdətini təşkil edən, dünya mədəni irsinin ayrılmaz parçasına çevrilən Bakının bir neçə kilometrliyində yerləşmiş orta əsr "anklavı" təəssüratı bağışlayır. Bu terrorçular və ekstremistlər onların sırasına qoşulmayan, fikirlərini bölüşməyən və cəmiyyətin siyasi həyatında iştirak etməyən dindarları isə münafiqlər (dönüklər) kimi qələmə verirlər. Əgər noyabrın 25-26-da Nardaranda baş verən hadisələr, hansısa terrorçu sektanın qiyamı, hüquq mühafizə orqanları əməkdaşlarının güllələnməsi Fransada və ya ABŞ-da baş versəydi, bu ölkələrin hakimiyyətləri hansı tədbirlər görərdi? Fransada, ABŞ-da terrorçulara münasibət bəllidir. Bəs Nardaranda polisləri güllələyən, vəzifəli şəxsləri, vətəndaşları ölümlə hədələyən terrorçulara qarşı Azərbaycan hüquq-mühafizə orqanları necə davranmalıdır?".

Bütün xəbərlər Facebook səhifəmizdə