Əli Pənahov: “Gənclər gələcək inkişaf perspektivlərini YAP-da görür” MÖVQE

Əli Pənahov: “Gənclər gələcək inkişaf perspektivlərini YAP-da görür” MÖVQE

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqını vahid bir ideologiya ətrafında birləşdirərək çətin tarixi dövrdən uğurlu gələcəyə aparan siyasi qüvvə olmuşdur". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov deyib.

O bildirib ki, YAP 23 illik fəaliyyəti dövründə Azərbaycançılıq ideologiyasına xidmət edərək Azərbaycanın gələcək inkişafına yönələn və dövlətimizin beynəlxalq arenada yüksək nüfuz sahibi olmasına öz töhfəsini verən, xalqımızı inkişafa, tərəqqiyə aparan şərəfli tarixi yol keçmişdir: "Partiyamızın həyata keçirdiyi siyasət cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənir. Azərbaycanın enerji dolu gəncliyi öz gələcək inkişaf perspektivlərini Yeni Azərbaycan Partiyası üzərində qurmaqla onun bütün əlverişli imkanlarından yararlanırlar. Yeni Azərbaycan Partiyasının 250 mindən çox üzvünü gənclər təşkil edir. Onlar partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə