“Tolerantlıq: Milli kimliklə vəhdət” adlı tədbir keçirilib FOTOLAR
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr edilən "Tolerantlıq: Milli kimliklə vəhdət" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müvaini Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsnin sədr müavini Qəmər Cavadlı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və dini icma nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən DQİDK-nin sədri Mübariz Qurbanlı bu gün beynəlxalq, regional səviyyədə ən çox müzakirə mövzusunun tolerantlıq olduğunu qeyd edib. M. Qurbanlı qeyd edib ki, tolerantlıq hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri məsələdir: "Azərbaycan tolerant bir ölkədir, dövlət siyasətində tolerantlıq məsələsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tarixən də dinlərin və mədəniyyətlərin qovşağı olub. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta, yerli əhali ilə çox rahat bir şəkildə yaşayıblar. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti Ümummilli lİder Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət din siyasətinə uyğun olaraq daha da möhkəmləndirilib. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda "Dini etiqat azadlığı haqqında" Qanunda təsbit olunub. Hazırda dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində irəlliləyişlərin şahidi olmamaq mümkün deyildir. Prezident İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqat azadlığının təminatçısı olduğu xüsusi olaraq vurğulanmalıdır. Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və zəyarətgahlarla yanaşı, xristian və yəhudi məbədlərinin tikintisi bütün dünyaya nümunə göstəriləcək həqiqətdir".
Mübariz Qurbanlı nitqinin sonunda tolerantlıq günü ilə əlaqədar öz təbriklərini çatdırıb.
QMİ-nin sədr müavini Qəmər Cavadlı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və dini icma nümayəndələri çıxış edərək Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində həyata keçirilən siyasətin dünya dövlətlərinə nümunə ola biləcəyini, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini, Azərbaycan hökümətinin bu yöndə apardığı siyasəti dəstəklədiklərini vurğulayıblar.
Daha sonra mövzu ətrafında məruzələr dinlənilib, diskussiya aparılıb.





İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB