Sevinc Fətəliyeva: “Terror ümumbəşəri bəladır”. AÇIQLAMA

Sevinc Fətəliyeva: “Terror ümumbəşəri bəladır”. AÇIQLAMA

"Terrorizmin nə dini, nə milləti, nə də coğrafiyası var". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin IV çağırış deputatı, filologiya elmləri namizədi Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, terroristin yaxşısı pisi olmur: "Bu gün dünyada terrorizmdən dövlətlər, günahsız insanlar əziyyət çəkir. Terrorizm harda olursa-olsun, məhv etmək lazımdlr. Burada yalnız qətiyyətli birgə səylər nəticəsində nəyisə əldə etmək olar".

Fikirlərini davam etdirən Sevinc Fətəliyeva onu da xüsusi vurğulayıb ki, Azərbaycanın terrorizmlə mübarizədə 20 ilə yaxın təcrübəsi var: "Torpaqlarımızın işğalı, 1 mln insanların evlərindən didərgin düşməsi, minlərlə insanin etnik təmizləmə nəticəsində qətlə yetirilməsi və bu gün də günahsız dinc sakinlərin erməni terrorçularının gülləsindən həlak olması məhz terrorizmin nəticəsidir".

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə