ABŞ-ın "AJF & Associates" şirkəti "exit-poll"un nəticəsini açıqladı

ABŞ-ın "AJF & Associates" şirkəti "exit-poll"un nəticəsini açıqladı

Keçirilən "Exit-Poll"un nəticələrinə görə 74%-lə YAP-ın üzvləri olan namizədlər qalib gəlib. SİA-nın verdiyi məlumata görə, bu fikirlər ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti və Azərbaycanın "Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası"nın seçkilərin yekun nəticələrinə dair "Seçkilər" Media Mərkəzində birgə keçirdikləri mətbuat konfransında səslənib.

Konfransda çıxış edən AJF-nin icraçı direktoru Corc Birnbaum bildirib ki, onlar Naxçıvan istisna olmaqla digər bölgələrdə "Exit-Poll" keçiriblər. 118 dairə üzrə 1053 məntəqədə baş tutan bu prosesdə 2000-dən artıq işçi iştirak edib və 7000 nəfərin rəyi soruşulub. Nəticələrə görə, 118 dairədən 65 dairədə YAP-ın namizədi, 28 dairədə YAP-ın üzvü, amma müstəqil namizəd, 20 dairədə həqiqi müstəqil namizəd və 5 dairədə isə müxalifətin dəstəklədiyi namizədlər qalib gəlib.

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə