Vlad Zernitskiy seçkiləri yüksək qiymətləndirib

Vlad Zernitskiy seçkiləri yüksək qiymətləndirib

"Azərbaycanda keçirilən parlament seçkilərində təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunmuşdu". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisə keçirilən seçkiləri izləyən İsrailin 1-ci radiosunun baş redaktoru Vlad Zernitskiy bildirib.

O vurğulayıb ki, polis qanunvericiliyə uyğun olaraq seçki prosesini müşahidə edirdi. Seçkilərdə görünməyən mürəkkəb və ultra-bənövşəyi detektorlardan istifadə bir çox ölkələr üçün örnəkdir. Baş redaktor həmçinin vətəndaşların seçkilərdəki müşahidə aktivliyini də qeyd edib. O bildirib ki, seçkiləri həm bitərəf, həm iqtidar, həm də müxalifət namizədlərin tərəfdarları olan vətəndaşlar müşahidə edib və onların sayı kifayət qədər çoxluq təşkil edib. "Bu onu göstərir ki, Azərbaycanda parlament seçkiləri demokratik şəkildə keçirilib", - V.Zernitskiy deyib. 

Bütün xəbərlər Facebook səhifəmizdə