Binəqədidə 898 nəfər ilk dəfə səs verəcək

Binəqədidə 898 nəfər ilk dəfə səs verəcək

9 saylı Binəqədi ikinci seçki dairəsi 37 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb. SİA-nın məlumatına görə, səhər saat 8:00-dan qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılıb, fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər iştirak edib.

Qeydiyyata alınmış 48 min 154 seçicinin 898 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Dairədə yaşı 80-100 olan 546 seçici var. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.

Dairənin 10 məntəqəsində veb-kamera işləyir. Həmçinin 28 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə