Aydın Əliyev: “Köhnə maşın alarkən əldə etdiyiniz sənəd əsas sayıla bilməz”

Aydın Əliyev: “Köhnə maşın alarkən əldə etdiyiniz sənəd əsas sayıla bilməz”

"Avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç biri öz təsdiqini tapmayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev söyləyib.

Sədr bildirib ki, köhnə maşın alarkən əldə edilən hər hansı sənəd əsas sayıla bilməz: "Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara bildiririk ki, köhnə maşın alarkən əldə etdiyiniz hər hansı bir sənəd əsas sayıla bilməz. Yəni "Lexus" 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır. Onu da deyim ki, DGK-nın yeni saytı tərtib edilərkən sayta avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı təxmini kalkulyator da yerləşdirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə