“Miqrant axını davam edəcək” AÇIQLAMA

"Nə qədər ki, problemlər həll olunmayıb"
“Miqrant axını davam edəcək” AÇIQLAMA

"Avropa əvvəllər miqrantlara müsbət yanaşıb. Sadəcə, hər bir ölkənin, xüsusilə də Avropa Birliyinin müəyyən resursu var. Əgər Avropa miqrantı qəbul edirsə onları hərtərəfli təmin etmək planı da hazırlayır". Bunu SİA-ya açıqlamasında politoloq Sülhəddin Əkbər söyləyib.

Politoloq bildirib ki, miqrantları qəbul etmək üçün böyük maliyyə vəsaitləri lazımdır: "Onlar bu məsələnin həm siyasi, həm mədəni, eyni zamanda maliyyə resurslarını nəzərə alıb qərar qəbul edirlər. Miqrant axınının qarşısını almaq üçün ən başlıca tədbir həmin ölkələrdə miqrasiyanı yaradan səbəbləri ortadan qaldırmaqdır. Necə ki, miqrasiya baş verən ölkələrdə miqrasiyaya səbəb olan problemlər həll olunmalıdır. Belə ki, münaqişələr, müharibələr, böhranlar, sosial-iqtisadi məsələlər həll olunmadığı müddət, yəni Avropa şəraitinə yaxın olan bir vəziyyət yaradılmayacaqsa o zaman miqrantların axını hələ davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə