Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası MSK-nın 2 oktyabr 2015-ci il tarixli iclası protokolu səsə qoyularaq təsdiq olunub.
Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib.
MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat verilib. Ümumilikdə 7 nəfərin müraciətinə baxılıb. MSK-nın ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Bəxşeyiş Əsgərov və Tofiq Həsənov isə müraciətlərlə bağlı fikirlərini bildiriblər.
Sonda cari məsələrə baxılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB