“İŞİD” tarixi abidələri sipər seçdi QEYRİ-SİVİL HƏRBİ PLAN

Suriya ordusu hücuma keçə bilmir
“İŞİD” tarixi abidələri sipər seçdi QEYRİ-SİVİL HƏRBİ PLAN

Son günlərə qədər "Allaha şirk" iddiası ilə Suriyada yerləşən çoxəsrlik tarixi abidələri partladaraq məhv edən "İraq Şam İslam Dövləti" ("İŞİD") beynəlxalq terrorçu şəbəkəsinin silahlıları indi yerdə qalan abidələri özlərinə sipər seçməyə başlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə qədim Palmira şəhərində məşhur "Zəfər tağı" tarixi kompleksini yelə-yeksan edən terrorçulara əmirləri Əbu Bəkr əl-Bağdadidən yeni əmr gəlib. Əmrə görə, bundan sonra müəyyən məqsədlər üçün həmin abidələrin partladılması təxirə salınır. Belə ki, terrorçular Palmiradakı digər salamat qalmış abidələri minalasalar da onları özlərinə sipər seçiblər.

Suriyanın mədəniyyət nazirinin müavini Əli əl-Qəyyumun bildirdiyinə görə, bu məlumat həqiqəti əks etdirir. "Bu barədə bizə Palmirada yaşayan inanılmış sakinlər məlumat veriblər. Hazırda "İŞİD" məşhur amfiteatrı minalayıb"deyə qeyd edən nazir müavini daha sonra əlavə edib ki, terrorçular bunu məqsədli şəkildə ediblər: "Onlar yaxşı bilirlər ki, Suriya hökumətinin ordusu tarixi abidələr olan mövqelərdə genişmiqyaslı hərbi əməliyyatlar aparmayacaq. Bu əməmliyyatlar keçirilərsə, yerdə qalan abidələr ya həmin əməliyyatlar zamanı məhv olacaq, ya da terrorçular onları partladacaq. Bu, vəhşilik və vandalizmdir, heç bir sivil addıma da cavab vermir."

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə